“Əl-Hilal”ın hücumçusu Neymar müdafiəçi Renan Lodinin maşınının təkərlərini doğrayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, braziliyalı hücumçu ayaqqabı bağı ilə zarafatına görə komanda yoldaşından belə qisas alıb.
"Barselona"nın və PSJ-nin keçmiş hücumçusu Lodinin maşınına gələrək bıçaqla təkərləri deşib.
“Bu gün ovlanırsan, sabah isə ovçusan. Biz kvitik”, - Neymar sosial şəbəkələrdə yazıb.
"Növbəti mövsüm uzundur, mən sizin “Rolls-Royce”u səbirsizliklə gözləyirəm!" - Lodi cavab verib.
Neymar keçən ilin oktyabrından dizində çarpaz bağın yırtılmasından sonra oynamayıb.