Neymar: “Bunun üçün həyatımı verərəm”
07 may 2022 15:18 (UTC +04:00)

Neymar: “Bunun üçün həyatımı verərəm”

“Mən PSJ ilə Çempionlar Liqasını qazanmaq istəyirdim. Təəssüf ki, bizdə alınmadı”.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar deyib.

Ulduz hücumçu Qətərdə keçiriləcək dünya çempionatının onun üçün nə qədər dəyərli olduğunu açıqlayıb: “İndi 2022-ci ili dünya çempionu titulu bitirmək istəyirəm. Həm fiziki, həm mənəvi baxımdan hazırıaşıram ki, kubok Braziliyaya getsin. Bunun üçün öz həyatımı verərəm. İki dəfə dünya çempionatında oynamışam və bunun nə olduğunu bilirəm. Əgər hazır deyilsənsə, uğur yanından ötüb keçəcək. Bu dəfə belə olmasına imkan verməyəcəm”.

Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-də çıxış edir.

# 2208
avatar

Oxşar yazılar