"Neftçi"də YENİLİK:  daha işçilərə yemək verilməyəcək
04 iyul 2024 23:27 (UTC +04:00)

"Neftçi"də YENİLİK: daha işçilərə yemək verilməyəcək

“Neftçi” klubundakı dəyişikliklərdən sonra klub müxtəlif xəbərlərlə gündəmə gəlir.

Lent.az-ın məlumatına görə,  “ağ-qaralar” rəhbərliyinin verdiyi yeni qərarla növbəti həftədən klubun işçiləri yeməklə təmin olunmayacaq. 

Bununla bağlı artıq işçilərə mesaj da göndərilib və onların bunu nəzərə almaları xahiş olunub.

Bildirilənə görə, bu qərar klubun futbolçularına və rəhbərliyinə aid deyil.

Eyni zamanda yeni yönəticinin gəlişindən sonra klubda əksər əməkdaşların ərizə yazması ilə bağlı məlumatlar da daxil olur. 

"Neftçi"-dən məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2670
avatar

Oxşar yazılar