Mourinyonun Avropa çempionatına dair PROQNOZLARI
13 iyun 2024 09:48 (UTC +04:00)

Mourinyonun Avropa çempionatına dair PROQNOZLARI

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Almaniyada keçirilən Avropa çempionatının nəticələrinə dair proqnoz verib. 

Lent.az xarici mediaya istinadla onun ehtimallarını təqdim edir:

-Kim qalib gələcək?
- Portuqaliya.

- Gümüş medalçı?
- İngiltərə.

- Turnirin sürprizi?
— Portuqaliya, İngiltərə və Fransadan başqa istənilən komanda. Fikrimcə, bunlar üç favoritdir və onlardan başqa istənilən komandanın - hətta Almaniya kimi yüksək statuslu komandaların uğuru mənim üçün təəccüblü olardı.

- “Qızıl buts”?
- Harri Keyn.

- Ən yaxşı oyunçu?
- Jude Bellingham.

— Və nəhayət, “Qızıl top”u kim qazanacaq?
-Məncə, Vinisius.

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində 10 müxtəlif stadionda keçiriləcək. Qruplarda birinci və ikinci yerləri tutan komandalar, həmçinin dörd ən yaxşı üçüncü yeri tutan komandalar ⅛ finala yüksələcəklər. Turnirin pley-off oyunları olimpiya sistemi üzrə uduzan komandaların turnirdən kənarlaşdırılması ilə keçiriləcək. Avropa çempionatının hazırkı qalibi Avro-2020-nin finalında İngiltərə millisini məğlub edən İtaliya komandasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2289
avatar

Oxşar yazılar