Messi PSJ-də  qalmaq istəmir
29 sentyabr 2022 14:42 (UTC +04:00)

Messi PSJ-də qalmaq istəmir

PSJ-nin hücumçusu Lionel Messi komandada qalmaq istəmir. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “Twitter” hesabında jurnalist Mikel Blaskes məlumat verib.

Məlum olduğu kimi, futbolçu parislilərin rəhbərliyinə PSJ ilə müqaviləni yeniləmək fikrində olmadığını açıqlayıb. Argentinalının növbəti mövsümdə Parisdə oynamağa davam etməyəcəyi qeyd olunur.

Sentyabrın 23-də Messinin "Barselona"ya transfer təklifini nəzərdən keçirməyə hazır olduğunu bildirdiyi məlum olub. Kataloniya klubunun prezidenti Joan Laporte hücumçunu komandaya mümkün qayıdışı ilə bağlı çağırıb. Messi hazırda transferi məsələsini müzakirə etmək istəməyib. Futbolçu 2022-ci il dünya çempionatına qədər PSJ-dən ayrılmaq fikrində olmadığını, lakin bundan sonra danışıqlara hazır olduğunu bildirib.

Messi PSJ-yə 2021-ci ilin avqustunda pulsuz transfer olunub. Onun Fransa komandası ilə müqaviləsi 2023-cü ilə qədərdir.


 

# 1752
avatar

Oxşar yazılar