Mərakeş millisinin üzvü "Bavariya"da
11 may 2022 18:15 (UTC +04:00)

Mərakeş millisinin üzvü "Bavariya"da

“Ayaks”ın müdafiəçisi Nussair Mazrauinin “Bavariya”ya transferi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, tanınmış italiyalı jurnalist Fabritsio Romano keçidin rəsmiləşdiyini yayıb.

O, 25 yaşlı sağ cinah oyunçusunun Münhen klubunda tibbi müayinədən keçdiyini və sözləşməyə qol çəkdiyini vurğulayıb. Mərakeş millisinin üzvü mövsümün sonunda Almaniya çempionuna azad agent kimi keçəcək. Çünki onun amsterdamlılarla müqaviləsi iyunun sonuna qədərdir.

Qeyd edək ki, Mazraui bu mövsüm bütün turnirlərdə 34 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə verib.

# 1575
avatar

Oxşar yazılar