"Mançester Siti"nin qapısı Erik ten Haq üçün həmişə açıqdır  - Qvardiola
30 oktyabr 2024 15:00 (UTC +04:00)

"Mançester Siti"nin qapısı Erik ten Haq üçün həmişə açıqdır - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Mançester Yunayted"dən qovulan Erik ten Haqı İngiltərə klubunda görməkdən şad olacağını bildirib.

“Biz Erikin gəlişinə açığıq. İstənilən vaxt! Ciddiyəm! Biz həmişə açığıq, amma bunun baş verəcəyini düşünmürəm. Mən onun agentini azca tanıyıram, ona görə də onun bizə gəlməsində problem yoxdur. Nə klub üçün, nə də şəxsən mənim üçün”, - Lent.az xarici KİV-ə istinadla bildirir ki, məşhur insayder Fabrisio Romano Qvardiolanın X sosial şəbəkəsində (keçmiş Twitter) sözlərini sitat gətirir.

İngiltərə Premyer Liqasının 9-cu turunda 1:2 hesabı ilə uduzduğu "Vest Hem" oyununda məğlubiyyətdən sonra Erik ten Haq "Mançester Yunayted"dən qovulub. “Qırmızı şeytanlar” bu mövsüm 11 xala malikdir və Premyer Liqada 14-cü yerdədir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1611
avatar

Oxşar yazılar