Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu "Mançester Siti"nin qapıçısı Edersonla maraqlanır.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, tərəflər artıq danışıqlar aparır. “Əl-İttihad” 30 yaşlı qolkiper üçün illik 25 milyon avro maaşla 2027-ci ilə qədər müqavilə hazırlayıb. Ederson özü artıq Səudiyyə klubuna keçməyə razılıq verib.
“Mançester Siti”nin baş məşqçisi Xose Qvardiola etiraf etmişdi ki, qapıçı bu yay komandanı tərk edə bilər.
İyulun 16-da “şəhərlilər” “Əl-Nəsr”in braziliyalını 25 milyon avroya transfer etmək təklifini rədd ediblər. "Siti" futbolçu üçün ikiqat pul istəyir.
Ederson 2017-ci ildən "Mançester Siti"də çıxış edir. O vaxtdan bəri o, komandanın heyətində 332 oyun keçirib, 257 qol buraxıb və 155 dəfə qapını təmiz saxlayıb. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.