"Kroosa bunu qadağan edin!"  - Mourinyo FIFA və UEFA-ya səsləndi
03 iyun 2024 04:51 (UTC +04:00)

"Kroosa bunu qadağan edin!" - Mourinyo FIFA və UEFA-ya səsləndi

"Fənərbaxça"nın yeni, "Real"ın isə sabiq baş məşqçisi Joze Mourinyo Madrid klubunun yarımmüdafiəçisi Toni Kroosun karyerasını bitirmək qərarını şərh edib.

Lent.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

“Bunu qadağan etmək lazımdır. FIFA və UEFA - onlar çoxlu qaydalar və qərarlar qəbul edirlər. Qərar verin və bu oğlanın karyerasını bitirməsinə imkan verməyin!”, - Mourinyo vurğulayıb.

Qeyd edək ki, 34 yaşlı alman futbolçu 2024-cü il Avropa çempionatından sonra karyerasını başa vuracağını açıqlayıb. Kroos komanda ilə 23 kubok, o cümlədən beş Çempionlar Liqası və dörd "LaLiga" çempionluğu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13779
avatar

Oxşar yazılar