İspaniya millisi Avropa çempionu olsa, bu qədər pul mükafatı  alacaq
14 iyul 2024 13:50 (UTC +04:00)

İspaniya millisi Avropa çempionu olsa, bu qədər pul mükafatı alacaq

İspaniya millisi 2024-cü il Avropa çempionu olacağı təqdirdə 28,25 milyon avro qazanacaq. 

Lent.az bildirir ki, mükafatın məbləği “Sport.es”ə məlum olub.

Bu məbləğ turnirin final hissəsinə çıxmaq, qrup mərhələsindəki hər qələbə, həmçinin pley-off mərhələsinin hər növbəti mərhələsinə çıxmaq və finalda qalib olmaq üçün pul mükafatından ibarətdir.

Mənbənin sözlərinə görə, pul mükafatının 40 faizi futbolçuların payına düşəcək. Qalanı isə məşqçilər korpusunun üzvləri, millidə çalışan digər mütəxəssislər və İspaniya Kral Futbol Federasiyasının əməkdaşları arasında bölüşdürüləcək.

Avropa çempionatının finalında İspaniya İngiltərə ilə qarşılaşacaq. Oyun iyulun 14-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2673
avatar

Oxşar yazılar