Gimnastlarımızdan uğurlu nəticə: 5 MEDAL!
29 aprel 2024 10:15 (UTC +04:00)

Gimnastlarımızdan uğurlu nəticə: 5 MEDAL!

Azərbaycanın iki bədii gimnastı Serbiyanın paytaxtı Belqradda keçirilən “Ritam Cup” beynəlxalq turnirində beş medal qazanıb.

Apasport.az xəbər verir ki, Sofiya Məmmədova 3 mükafata sahib çıxıb.

O, çoxnövçülükdə gümüş, halqa və topla çıxışlarda bürünc medal əldə edib.

İlona Zeynalova isə yarışı 2 mükafatla başa vurub. Gimnast çoxnövçülükdə və halqa ilə hərəkətlərdə bürünc medal qazanıb.

# 1431
avatar

Oxşar yazılar