21 yaşlı hokkeyçi anasını içki içməyi qadağan etdiyi üçün bıçaqlayaraq öldürüb.
Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, qanlı qətliam Moskva vilayətinin Ximki şəhərinin Sovxoznaya küçəsindəki binalardan birində baş verib.
Saxlanılan şəxs əvvəllər Mıtişinın “Atlant”ın gənclər komandasında oynayan hokkey müdafiəçisidir. Lakin son vaxtlar karyerası yaxşı getmədiyindən alkoqoldan sui-istifadə etməyə başlayı\b.
Münaqişə 47 yaşlı Anqelina Q. oğlu Stepana yenidən sərxoş olduğunu şikayət etməyə başlayanda başlayıb. Şifahi mübahisə zamanı ana oğlunun əlindən bir şüşə spirtli içkini götürmək istəsə də, buna cavab olaraq əsəbi oğlan əvvəlcə qadını əlləri ilə döyməyə başlayıb, daha sonra mətbəx bıçağını götürərək ona bir neçə zərbə endirib.
Söyüş və qışqırıqları eşidən qonşular hadisə yerinə polis çağırıb və gələn polis zorakılıq edən Stepanı saxlayıb. Anası kürəyindən və qarnından çoxsaylı bıçaq xəsarətləri ilə təcili yardım maşını ilə aparılıb, lakin həkimlər artıq kömək edə bilməyiblər - qadın bir neçə saat sonra ölüb. Oğlana qarşı cinayət işi açılıb.