Terrens Klark, basketbolçu
23 aprel 2021 15:19 (UTC +04:00)

Terrens Klark, basketbolçu

Gənc basketbolçu dəhşətli qəzada öldü

ABŞ-dan kədərli bir xəbər gəlib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, “Kentukki Uayld Kets”” komandasının keçmiş basketbolçusu,  hücuma meylli müdafiəçi Terrens Klark Los-Ancelesdə qəza zamanı ölüb. 

19 yaşlı gənc yüksək sürətlə qırmızı işığdan keçərək idarəetməni itirərək yük maşınına çırpılıb.

Məlumata görə, Klarkın maşını sonradan dirəyə və divara da çırpılıb. Tibb işçiləri hadisə yerinə gələndə Terres hələ sağ olub. İdmançı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Polisdən bildirilib ki, qəza zamanı idmançı təhlükəsizlik kəmərini taxmayıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164
avatar

Oxşar yazılar