Futbolçunun maşınında yanmış cəsədi tapıldı - FOTO
13 may 2022 19:15 (UTC +04:00)

Futbolçunun maşınında yanmış cəsədi tapıldı - FOTO

Əvvəllər Meksikanın gənclər komandasında oynamış 33 yaşlı Antonio Salazarın Tonala şəhəri yaxınlığında avtomobilində yanmış cəsədi tapılıb.

Lent.az xəbər verir ki, bu barədə Meksika polisi məlumat yayıb.

İlkin məlumatlara görə, Salazar öldürülüb, sonra avtomobilin yük yerinə qoyulub. Daha sonar avtomobilə od vurublar.

“Cəsəd tanınmaz hala düşüb. Bu səbəbdən yanmış cəsədin kimliyini müəyyən etmək üçün bir neçə gün çəkib”, - polisin məlumatında deyilir.

# 1833
avatar

Rəsul SARI

Oxşar yazılar