Futbolçu köynəyini azarkeşə satdı - VİDEO
17 aprel 2024 12:20 (UTC +04:00)

Futbolçu köynəyini azarkeşə satdı - VİDEO

İspaniyanın “Malaqa” klubunun futbolçusu matçdan sonra futbolkasını azarkeşə yalnız 50 avroluq əskinas müqabilində verməyə razılaşıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Malaqa”nın futbolçusu Dani Lorenzo İspaniya üçüncü divizionunda “Atletiko B” ilə oyundan sonra futbolkasını azarkeşə satıb. Final fitindən sonra futbolçu azarkeşlərə təşəkkür etmək və şəkil çəkdirmək üçün tribunalara yaxınlaşsa da, azarkeşlərdən biri futbolçudan köynək istəyib. Lorenzo cavabında, artıq köynəkləri verə bilməyəcəyini deyib. Azarkeş ona pul verəcəyini bildirib və Daniyə 50 avroluq əskinas verib.

“İnsanlar başa düşsün: biz üçüncü divizionda oynayırıq. Mən milyonçu olmaq istərdim. Klub bizə hədiyyə edə biləcəyimiz məhdud sayda köynəklər verir. Bunu tribunada olan adama dedim və o, mənə 50 avro verdi. O qədər təəccübləndim ki, ən təbii reaksiya verdim - pulu götürdüm, amma indi fikirləşirəm ki, bunu etməməliydim. Mən bunu xoş niyyətlə etdim və ümid edirəm ki, insanlar bunu başa düşəcəklər”, - deyə Lorenzo açıqlayıb.

# 2256
avatar

Oxşar yazılar