FHN-in idmançıları beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər
27 may 2024 13:39 (UTC +04:00)

FHN-in idmançıları beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər

Bakı Boks Mərkəzində Gənclər və İdman Nazirliyi, Azərbaycan Boks Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında boks üzrə “Heydər Əliyev kuboku” beynəlxalq turniri keçirilib.

Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, turnirdə 5 ölkədən – Azərbaycan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Belarusdan 150-yə yaxın yeniyetmə boksçu mübarizə apararaq öz qüvvəsini sınayıb. FHN-in boks üzrə yeniyetmələrdən ibarət yığma komandasının üzvləri Azərbaycanın boks üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçi və FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı kapitan İlkin Ağayevin rəhbərliyi altında yüksək nəticə əldə etməyi bacarıblar. Belə ki, qızlar arasında 63kq çəki dərəcəsində Dəniz Babayeva, 80kq çəki dərəcəsində isə Zəminə Bayramova bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalının sahibi olublar. Bundan əlavə, komandanın digər üzvü Laləzar Muradova yarışın gümüş medalına yiyələnib.

Qaliblərə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Boks Federasiyasının diplom və medalı təqdim olunub.

Bununla yanaşı, 12-15 may 2024-cü il tarixlərində Xorvatiyanın Zadar şəhərində Dünya Karate Federasiyasının (WKF) təşkilatçılığı ilə karate üzrə para-karateçilər arasında 59-cu Avropa çempionatı keçirilib.

Turnirdə Avropanın 18 müxtəlif ölkəsindən 70-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Turnirdə parakarate üzrə Azərbaycan yığma komandasının və FHN-in para-karate komandasının iki nəfərdən ibarət üzvü iştirak edərək yüksək nailiyyətlər əldə etməyi bacarıb. Belə ki, para-karate üzrə komandanın üzvü Eldar Əhmədov kata yarışlarında turnirin qalibi olaraq qızıl medala yiyələnib. Komandanın digər üzvü Nihat Məmmədzadə isə çempionatın gümüş medalına layiq görülüb.

Qaliblərə Dünya Karate Federasiyasının medal və kuboku təqdim olunub.

Qeyd edilib ki, FHN-in karate üzrə yığma komandanın baş məşqçisi ikiqat Dünya və Avropa çempionu, 8-ci dan qara kəmər sahibi, İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir. Həmçinin, 15-19 may 2024-cü il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Dünya Kikboksinq Federasiyasının təşkilatçılığı ilə kadetlər, yeniyetmələr, böyüklər arasında kikboksinq üzrə “Turkish Open WAKO” dünya kuboku keçirilib.

Turnirdə dünyanın 71 ölkəsindən 4800-ə yaxın idmançı öz qüvvəsini sınayaraq əzmkar mübarizə aparıb. Yarışda iştirak edən FHN-in kikboksinq üzrə yığma komandasının üzvü Elnar Hacıyev FHN-in İdman-sağlamlıq klubunun məşqçi-müəllimi Elşən İsayevin rəhbərliyi altında yüksək nəticə əldə edib. Elnar Hacıyev 49kq çəki dərəcəsində kikboksinq idman növünün “low kick“ versiyası üzrə bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.

Qalibə Dünya Kikboksinq Federasiyasının diplom və medalı təqdim edilib.

27 may 2024-cü il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev uğur qazanmış idmançılar və onların məşqçi-müəllimləri ilə görüşərək qazandıqları nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

FHN-in idmançıları beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər

FHN-in idmançıları beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər

FHN-in idmançıları beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər

FHN-in idmançıları beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər

FHN-in idmançıları beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2034
avatar

Oxşar yazılar