FHN-in əsgəri cüdo üzrə Avropa çempionu oldu -  FOTO
05 iyul 2022 15:47 (UTC +04:00)

FHN-in əsgəri cüdo üzrə Avropa çempionu oldu - FOTO

İyulun 2-3-də Rumıniyanın Kluj-Napoka şəhərində Cüdo üzrə böyüklər arasında Açıq Avropa turniri keçirilib. Yarışda 32 ölkənin 200-dən artıq idmançısı iştirak edib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, beynəlxalq turnirdə Azərbaycan cüdo millisinin üzvü, nazirliyin Mülki müdafiə qoşunlarının əsgəri Murad Fətiyev 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olub.

Qeyd edək ki, Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandası Açıq Avropa turnirini birinci yerdə başa vurub.

# 726
avatar

Oxşar yazılar