Futbolun ən böyük tədbiri olan dünya çempionatı ilə bağlı azarkeşlərin maraqlı hekayələri davam edir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Polşada özəl xəstəxanada əməliyyat zamanı bir xəstə Polşanın 2:0 hesabı ilə qalib gəldiyi Səudiyyə Ərəbistanı ilə oyunu izləyib. Xəstənin lokal anesteziya olduğu və əməliyyat zamanı Polşanın oynunu izləmək istədiyi bildirilib.
Əməliyyat otağında televizor quraşdırılıb. Polşa mətbuatında yayılan xəbərlərdə həkimlərin oyunu izləməyib, ancaq xəstə üçün xüsusi şərait yaradılıb.