Dünya çempionu Avstriyada oynayacaq
31 may 2024 19:26 (UTC +04:00)

Dünya çempionu Avstriyada oynayacaq

Almaniya millisinin heyətində 2014-cü ilin dünya çempionu Jerom Boatenq Avstriyanın LASK klubuna keçib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 35 yaşlı alman müdafiəçi ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.

Boatenqin əvvəlki klubu A Seriyasından aşağı liqaya düşmüş “Salernitana” olub.

Boatenq 2011-2021-ci illərdə "Bavariya"da çıxış edib və ümumilikdə 363 oyuna çıxıb. Münhen komandasının tərkibində doqquz dəfə Almaniya çempionu, iki dəfə Çempionlar Liqasının qalibi olub.

Ötən mövsüm LASK Avstriya çempionatında üçüncü yeri tutub və Avropa Liqasının təsnifat mərhələsində çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2037
avatar

Oxşar yazılar