Dünya çempionatının reqlamentinə  mühüm dəyişikliklər   edildi
25 iyun 2022 10:01 (UTC +04:00)

Dünya çempionatının reqlamentinə mühüm dəyişikliklər edildi

Qətərdə keçiriləcək dünya çempionatında iştirakçı komandalar ərizəyə 23 deyil, 26 futbolçu əlavə edə biləcəklər.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu qərar Beynəlxalq Futbol Federasiyasında qəbul edilib.

Bundan əlavə, ilkin müraciətdə oyunçuların maksimum sayını artırmağa imkan veriblər. İndi milli komandalar ora əvvəlki kimi 35 yox, 55 nəfər gətirə bilər. Eyni zamanda, komandalar noyabrın 13-dən gec olmayaraq Qətərə səfər edəcək oyunçuların yekun siyahısını formalaşdırmalıdırlar.

Oyun zamanı ehtiyat oyunçular skamyasında 26 nəfərdən çox ola bilməz: 15 oyunçu və 11 heyət üzvü, onlardan ən azı biri həkim olmalıdır.

Xatırladaq ki, daha əvvəl Avro 2020 üçün UEFA-da oxşar dəyişikliklər edilmişdi. Oyunçuların sayının artması növbəti mövsümün gərgin qrafiki, eləcə də koronavirus pandemiyası ilə əlaqədardır.


 

# 2139
avatar

Oxşar yazılar