“Çelsi”nin transfer SİYAHISI
11 iyun 2022 11:46 (UTC +04:00)

“Çelsi”nin transfer SİYAHISI

“Çelsi” yay transferləri üçün siyahını hazırlayıb.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, London klubunun yay hədəfləri sırasında 8 futbolçu var.

Baş məşqçi Tomas Tuxelin müdafiə xəttində görmək istədiyi oyunçular PSJ-dən Presnel Kimpembe, “Yuventus”dan Matteys de Liqt və “Sevilya”dan Jül Kundedir. Mütəxəssis “Mançester Siti”dən ayrılacağı gözlənilən hücumçu Qabriel Jezusu da komandasında istəyir.

Onun komanda yoldaşı Rahim Sterlinq də “Çelsi”nin maraq dairəsindədir. Usman Dembele (“Barselona”), Krisfofer Nkunku (“Leypsiq”) və Robert Levandovski (“Bavariya”) də karyerasını Premyer Liqa klubunda davam etdirə bilər.

# 1935
avatar

Oxşar yazılar