Bu hücumçu ""in təklifini RƏDD ETDİ
14 iyun 2025 20:00 (UTC +04:00)

Bu hücumçu ""in təklifini RƏDD ETDİ

"Sportinq"in hücumçusu Viktor Qyokeres "Mançester Yunayted"ə keçmək təklifini rədd edib.

Lent.az xəbər verir ki, artıq 27 yaşlı futbolçunun agentləri onun qərarı ilə bağlı “qırmızı şeytanlar”a məlumat veriblər.

Qeyd edək ki, "Mançester Yunayted" Qyokeresin transferi üçün "Sportinq"ə 71,4 milyon avro təklif edib. 

İsveçli forvardla "Arsenal" və "Yuventus"un da maraqlandığı vurğulanıb.

Ötən mövsüm Qyokeres bütün turnirlərdə 52 oyun keçirib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar