Gəncədə III MDB Oyunlarının açılış mərasimi -YENİLƏNİB -CANLI
28 sentyabr 2025 20:00 (UTC +04:00)

Gəncədə III MDB Oyunlarının açılış mərasimi -YENİLƏNİB-CANLI

0

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər.

Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb.

Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub.

Açılış mərasimində Azərbaycan Bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə arenaya gətiriblər.

Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov və Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov çıxış ediblər.

Daha sonra idmançıların və onların məşqçilərinin andiçmə mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.

Tədbir bədii hissə ilə davam edib.

***

saat 19.17

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirilir.

Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyirlər.

 

***

saat 18.40

Bir azdan III MDB Oyunlarının açılış mərasimi keçiriləcək.

Lent.az-ın xəbərinə görə, mərasim Azərbaycan Dövlət Televiziyası ilə canlı yayımlanacaq.

III MDB Oyunlarının açılış mərasimi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar