Bu gecə Neftçilər prospekti bağlanacaq - SƏBƏB
12 may 2022 21:15 (UTC +04:00)

Bu gecə Neftçilər prospekti bağlanacaq - SƏBƏB

2022-ci il Formula 1 yarışlarına hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, trekin ərazisinə daxil olan hissədə aparılan təmir işləri ilə bağlı bu gecə saat 00:00-dan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar hərəkət iştirakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələrini xahiş olunur.

Əməliyyat Şirkəti şəhər sakinlərinə anlayışlarına görə təşəkkür edir.
 

# 2778
avatar

Oxşar yazılar