Bir transfer: 45 milyon qazanc
26 iyun 2022 05:52 (UTC +04:00)

Bir transfer: 45 milyon qazanc

“Mançester Siti”nin futbolçusu Qabriel Jezusun “Arsenal”a keçidi barədə razılıq əldə olunub.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, İngiltərə klubları braziliyalı hücumçu ilə bağlı ortaq məxrəcə gələ bilib.

“Şəhərlilər” bu transferdən 45 milyon funt sterlinq qazanacaq. London təmsilçisi bonuslar hesabına daha 10 milyon xərcə düşə bilər.

Qeyd edək ki, Qabrielin “topçular”la şəxsi müqaviləsi daha öncə razılaşdırılıb.

# 1671
avatar

Oxşar yazılar