Benzema “Real”dan  niyə ayrıldığını   açıq şəkildə etiraf etdi
04 mart 2025 14:48 (UTC +04:00)

Benzema “Real”dan niyə ayrıldığını açıq şəkildə etiraf etdi

Fransa millisinin keçmiş hücumçusu Kərim Benzema 2023-cü ilin yayında “Real”dan ayrılmaq qərarının səbəbini açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hücumçu yerini gənc futbolçulara verməyə hazır olduğunu bildirib.

"Real”dan ayrılmaq qərarına gələndə ilk zəng etdiyim şəxs Florentino Peres oldu. O, məni tam başa düşmədi... Ona gənc ulduzlar Vinisius və Rodriqonun hazır olduğunu dedim".

Benzema "Real"a qarşı oynamaq istəmədiyi üçün Səudiyyə Ərəbistanına gedib.

"Səudiyyə Ərəbistanına getmək qərarım həm də ona görə idi ki, “Real”ı zirvədə tərk etmək istəyirdim. Və həyatımda heç vaxt “Real”a qarşı oynamaq istəməzdim", - Benzema vurğulayıb.

Benzema “Real”ın heyətində 647 oyunda 353 qol vurub və 165 məhsuldar ötürmə edib. Fransız futbolçu 5 Çempionlar Liqası, 5 Klublararası Dünya Kuboku, 4 İspaniya çempionluğu, 4 UEFA Super Kuboku, 3 İspaniya Kuboku və 3 İspaniya Super Kuboku qazanıb. 2022-ci ilin sonunda Kərim “Qızıl top”u alıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3330

Oxşar yazılar

"Barselona" səfərdə qalib gəldi

"Barselona" səfərdə qalib gəldi

17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı

“Neftçi” “Şamaxı” ilə bacarmadı

16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı

“Mançester Siti” PSJ-nin qapıçısını aldı

16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını  qeydiyyatdan keçirdi

"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi

16 avqust 2025 , 16:40
Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü,  oyun dayandı

Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü, oyun dayandı

16 avqust 2025 , 13:56
Messi yenidən meydana qayıtdı

Messi yenidən meydana qayıtdı

16 avqust 2025 , 09:42
"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ

"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ

15 avqust 2025 , 19:56
Petr Çex 26 illik arvadından ayrıldı

Petr Çex 26 illik arvadından ayrıldı

15 avqust 2025 , 18:24