Belçika millisinin baş məşqçisi  istefa verdi
01 dekabr 2022 22:39 (UTC +04:00)

Belçika millisinin baş məşqçisi istefa verdi

Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib.

Lent.az Apasport.az saytına istinadla xəbər verir ki, ispaniyalı məşqçi  dünya çempionatının qrup mərhələsinin III turunda Xorvatiya ilə qolsuz başa çatan matçdan sonra istefa verdiyini açıqlayıb. 

Bununla belə, o bildirib ki, bu qərarı turnirdən öncə verib.

49 yaşlı məşqçi 2016-cı ildən komandanı çalışdırırdı. Onun rəhbərlik etdiyi dönəmdə Belçika millisi 3 il FIFA reytinqinə başçılıq edib.  

Qeyd edək ki, Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində rəqiblərindən biri olan son dünya üçüncüsü Belçika qrupda 3-cü yeri tutaraq mundialla erkən vidalaşıb.

# 1422
avatar

Oxşar yazılar