“Bavariya”dan qovulan Naqelsmannın  əleyhinə olan   oyunçular – SİYAHI
27 mart 2023 11:41 (UTC +04:00)

“Bavariya”dan qovulan Naqelsmannın əleyhinə olan oyunçular – SİYAHI

“Bavariya”nın futbolçularının yarısı komandanın keçmiş baş məşqçisi Julian Naqelsmanna qarşı idi.

Lent.az bildirir ki, "Bild"in məlumatına görə, söhbət Serje Qnabri, Leroy Sane, Camal Musiale, Joao Kanselo, Sadio Mane, eləcə də qapıçılar Manuel Noyer və Sven Ulrayxdan gedir.

Mənbənin sözlərinə görə, Naqelsmanna ən çox Coşua Kimmix və Leon Qoretska dəstək verib.

Məşqçiyə Matteys de Liqt, Dayo Upamekano və Benjamin Pavar da yaxşı münasibət göstərib. Tomas Müller isə bitərəf qalıb.

Naqelsmannı keçən həftə Münhen klubu istefaya göndərib.


 

# 1644
avatar

Oxşar yazılar