"Bavariya"nın sağ cinah müdafiəçisi Saşa Boe sıradan çıxıb.
Apasport.az xəbər verir ki, alman nəhəngi bazar günü məşqdə zədələnən uğurlu sağ cinah müdafiəçisinin sol dizində menisk yırtığı aşkarlandığını bildirib.
"Bavariya" Saşa Boenin bir neçə həftə meydandan uzaq qalacağını açıqlayıb.
Bu, Boenin bu ilin yanvarında "Qalatasaray"dan "Bavariya"ya transferindən sonra aldığı ikinci ciddi zədədir.
Xatırladaq ki, Münhen təmsilçisi fransızı "Qalatasaray"dan alıb. Boe Bundesliqanın cari mövsümündə iki matç keçirib və 1 məhsuldar ötürmə edib.