"Barsa" UDUZDU:  Messi geri DÖNMƏDİ
23 dekabr 2022 10:12 (UTC +04:00)

"Barsa" UDUZDU: Messi geri DÖNMƏDİ

Argentinalı hücumçu Lionel Messi PSJ-də qalacaq.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu parislilərin rəhbərliyinə müqaviləni ən azı 2024-cü ilə qədər uzadacağı barədə söz verib.

Mənbənin sözlərinə görə, PSJ rəhbərliyi ilə futbolçunun agentləri arasında danışıqlar təxminən 3 aya yaxın çəkib və dekabrın əvvəlində tərəflər arasında tam razılıq əldə olunub.

Xatırladaq ki, Lionel Messi ötən il "Barselona"dan PSJ-yə keçmişdi, çünki maddi çətinliklər kataloniyalılara kapitanı ilə müqaviləni uzatmağa imkan verməmişdi.

Qeyd edək ki, “Barselona” Messini komandaya qayıtmağa razı salmağa ümid edirdi. Lakin klubda hazırda maliyyə problemləri yaşanır və bu, Fransa klubunun təklifi ilə rəqabət aparmağı çətinləşdirir.
Lionel Messi bu mövsüm Liqa 1-də PSJ-nin heyətində 13 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib. Çempionlar Liqasında hücumçunun aktivində 5 oyun və 4 qol var.

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Messi Argentina millisi ilə birlikdə finalda Fransanı məğlub edərək qalib olub. Leo həlledici oyunda dubla imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1823

Oxşar yazılar