“Azərbaycanda VAR-sız gözəl futbol var idi” - Baş məşqçi
06 avqust 2022 19:59 (UTC +04:00)

“Azərbaycanda VAR-sız gözəl futbol var idi” - Baş məşqçi

“Rusiya VAR-dan ayrılanda rahat nəfəs aldım (gülür). Biz hətta stadionun üstündən uçan quşların belə gördüyü hər anı izləyirik və orada hər şeyin təmiz olduğunu görürük”.

Lent.az-ın Apasport.az-a istindən məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev ölkəsində “Match TV”yə açıqlamasında VAR sistemi barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis VAR-a qarşı olsa da, bunun Azərbaycanda tətbiqinin əleyhinə olmadığını söyləyib: “Epizodların təkrarları 4-5 dəqiqə çəkir. Bu kimə lazımdır? Bu sistem barədə hakimlikdən iki dəfə çox danışılır. Çünki epizodları istədikləri kimi yozurlar. Azərbaycanda yarım il idi VAR-sız köhnə gözəl futbol var idi, sevinirdim. Sonra bizi yığıb bildirdilər ki, bu sistemi tətbiq edirlər. Dedim ki, əgər VAR Rusiyadakı kimidirsə, onsuz oynamağa hazır olmağın əleyhinəyəm. Nəticəyə təsir edən çoxlu səhvlərə baxmayaraq, VAR-la daha yaxşı nəticə əldə edə bilərdik”.

Gənc çalışdırıcı yay fasiləsində keçirdikləri yoxlama görüşlərində bu sistemin sınaqdan çıxarıldığını vurğulayıb: “İki yoxlama oyunumuz oldu, orada epizodlara hamı tam aydın və tez baxdı. Əgər hər şey belə qalsa, heç bir problem yoxdur, mən bunun tərəfdarıyam”.

Qeyd edək ki, “Sabah” Premyer Liqanın I turunda avqustun 7-də “Sumqayıt”la qarşılaşacaq.

# 2712
avatar

Oxşar yazılar