Azərbaycan millisi Avropada 4-cü oldu
24 mart 2022 17:52 (UTC +04:00)

Azərbaycan millisi Avropada 4-cü oldu

Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatı başa çatıb.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, 11 gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin siyahısı açıqlanıb.

Avropa çempionatında 13 çəkidən 7-də təmsil olunan yığmamız 4 medala yiyələnib. Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazan komandamız medal sıralamasına görə qitə birinciliyini 4-cü pillədə başa vurub. Millimiz bu yerə Bolqarıstan və Gürcüstanla şərikdir.
Ümumilikdə 20 ölkə Xorvatiyada medala sahib olub. Onlardan isə cəmi 11-i çempionluq sevinci yaşayıb.

Siyahıda birinci yeri İtaliya yığması tutub. İlk “üçlük”də Türkiyə və Ukrayna milliləri yer alıblar.

Qeyd edək ki, yığmamızın heyətində Nicat Hüseynov (51 kq) qızıl, Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) bürünc medal qazanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1832

Oxşar yazılar

Norveç millisi İtaliyanı darmadağın etdi

Norveç millisi İtaliyanı darmadağın etdi

7 iyun 2025 , 01:02
“Tottenhem” baş məşqçisini istefaya göndərdi

“Tottenhem” baş məşqçisini istefaya göndərdi

6 iyun 2025 , 23:52
Millimiz Qazaxıstanı məğlub etdi

Millimiz Qazaxıstanı məğlub etdi

6 iyun 2025 , 21:23
“Mançester Yunayted”in transfer təklifi rədd edildi

“Mançester Yunayted”in transfer təklifi rədd edildi

6 iyun 2025 , 19:17
"Arsenal"ın gənc oyunçusuna 4 il həbs cəzası  verildi

"Arsenal"ın gənc oyunçusuna 4 il həbs cəzası verildi

6 iyun 2025 , 14:34
Lamin Yamal 112 il əvvəlki  rekordu təkrarladı

Lamin Yamal 112 il əvvəlki rekordu təkrarladı

6 iyun 2025 , 11:58
Hazırda dünyanın  100 ən yaxşı   futbolçusunun adı AÇIQLANDI

Hazırda dünyanın 100 ən yaxşı futbolçusunun adı AÇIQLANDI

6 iyun 2025 , 09:49
İspaniya finalda Portuqaliyanın  rəqibi oldu

İspaniya finalda Portuqaliyanın rəqibi oldu

6 iyun 2025 , 01:08