Azərbaycan klubunun baş məşqçisi  itkin düşüb? - AÇIQLAMA
04 iyun 2025 10:46 (UTC +04:00)

Azərbaycan klubunun baş məşqçisi itkin düşüb? - AÇIQLAMA

Kazan "Rubin"inin sabiq baş məşqçisi Kurban Berdıyev yoxa çıxıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Azərbaycanın “Turan Tovuz” klubuna rəhbərlik edən mütəxəssis Rusiyaya gedib və klub rəhbərliyinin zənglərinə cavab vermir.

"İyunun əvvəlində klub rəhbərliyinin baş məşqçi ilə görüşü keçirilməli idi, lakin Berdıyevdən heç bir zəng daxil olmayıb. Rəsmilər 72 yaşlı mütəxəssislə əlaqə saxlamağa çalışsalar da, heç bir nəticə əldə olunmayıb", - mənbə bildirib.

Berdıyev 2024-cü ildən “Turan Tovuz”u çalışdırır. Bundan əvvəl məşqçi Mahaçqala “Dinamo”sunda işləyib. Mütəxəssis Kazan “Rubin”ində çalışarkən böyük uğurlar qazanıb. Onun rəhbərliyi altında klub iki dəfə Rusiya çempionu olub və Rusiya kubokunun qalibi olub, həmçinin Çempionlar Liqasında “Kamp Nou”da “Barselona”nı məğlub edib.

Məsələ ilə bağlı "Turan Tovuz" futbol klubu bəyanat yayıb.

Lent.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, komandanın baş məşqçisi Kurban Berdıyev hazırda Azərbaycandadır:

"Mövsümün başa çatmasına baxmayaraq baş məşqçimiz Kurban Berdıyev ölkəmizi tərk etməyib və növbəti mövsümün hazırlıq planlarını həyata keçirmək və daha güclü heyət formalaşdırmaq üçün mütəmadi olaraq klub rəhbərliyi ilə fikir mübadiləsi aparır. Qeyd etmək istəyirik ki, baş məşqçimizlə müqaviləmiz davam edir və klub rəhbərliyi daha iddialı komanda formalaşdırmaq üçün Kurban Berdıyevə tam dəstəyini nümayiş etdirir. Azarkeşlərimizi və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırırıq. Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar rəsmi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1380

Oxşar yazılar

İspaniya finalda Portuqaliyanın  rəqibi oldu

İspaniya finalda Portuqaliyanın rəqibi oldu

6 iyun 2025 , 01:08
Əməliyyat başa çatdı:  “Yuventus” “Milan”ın futbolçusunu aldı

Əməliyyat başa çatdı: “Yuventus” “Milan”ın futbolçusunu aldı

5 iyun 2025 , 19:46
Dünyanın ən yaxşı 10 mərkəz  hücumçusu - SİYAHI

Dünyanın ən yaxşı 10 mərkəz hücumçusu - SİYAHI

5 iyun 2025 , 17:18
Dünyanın ən yaxşı   10 cinah oyunçusu - SİYAHI

Dünyanın ən yaxşı 10 cinah oyunçusu - SİYAHI

5 iyun 2025 , 14:31
Simone İnzaqi "Əl-Hilal"ın  baş məşqçisi  təyin edildi

Simone İnzaqi "Əl-Hilal"ın baş məşqçisi təyin edildi

5 iyun 2025 , 12:20
"Real" PSJ-nin transferini əlindən aldı

"Real" PSJ-nin transferini əlindən aldı

5 iyun 2025 , 09:39
Messinin yeni klubu  açıqlandı

Messinin yeni klubu açıqlandı

5 iyun 2025 , 03:39
Portuqaliya Ronaldonun qolu ilə finala çıxdı

Portuqaliya Ronaldonun qolu ilə finala çıxdı

5 iyun 2025 , 01:07