“Ankaragücü” Emre Belözoğlu ilə qarşılıqlı razılaşma ilə yollarını ayırdıqlarını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, klubun açıqlaçasında bildirilir:
“Baş məşqçimiz Emre Belözoğlu ilə keçirdiyimiz görüşlərdən sonra yolların ayrılması barədə qarşılıqlı razılıq əldə olundu. Emre Belözoğluna göstərdiyi səylərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq".