Altıqat Fransa çempionu müflis ola bilər
19 iyul 2024 14:36 (UTC +04:00)

Altıqat Fransa çempionu müflis ola bilər

Altıqat Fransa çempionu Bordo tezliklə mövcudluğunu dayandıra bilər. 

Lent.az bildirir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Fransanın ən qədim klublarından biri iflas üçün müraciət etməyə yaxındır. Klubu “Liverpul”un sahibi olan Amerika qrupu Fenway Sports Group ala bilərdi, lakin danışıqlar nəticəsiz qalıb.

“Bordo” borcunu ödəmək üçün ən qısa zamanda 40 milyon avro tapmalıdır. Əks halda, jirondinlilər klubun müflis olması və ləğvi üçün müraciət etməli olacaqlar.

2021-ci ilin iyununda “Bordo” idman dünyasında şübhəli reputasiyası olan Lüksemburq-İspan sahibkarı Jerar Lopes tərəfindən alınıb. Bundan əvvəl o, “Lill” və “Formula -1”in “Reno” komandasını böyük borclarla tərk edərək, Belçikanın “Muskron”u müflis etmişdi. 52 yaşlı sahibkar son vaxtlar maliyyə problemləri yaşayan Portuqaliyanın "Boavişta" klubunun da sahibidir.

“Bordo” 1881-ci ildə yaradılıb. Klub altı dəfə (1950, 1984, 1985, 1987, 1999, 2009) Fransa çempionu olub, həmçinin 1996-cı ildə UEFA Kubokunun finalına yüksəlib. 2021/22 mövsümündə "Bordo" Liqa 1-də sonuncu yeri tutub və 31 ildən sonra ilk dəfə elit divizionu tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2643
avatar

Oxşar yazılar