AİBA-dan açıqlama: Azərbaycanlı boksçuya texniki nokaut verilməli idi
Lent.az-ın AİBA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir: “Döyüşün videosuna baxdıqdan sonra məlum olub ki, azərbaycanlı boksçu 3-cü raundda 6 dəfə yerə yıxılıb. Qaydalara əsasən, hakimlər ən azı 3 belə halı nəzərə almalıdırlar. AİBA qaydalarına əsasən, bu zaman hakim döyüşü dayandırmalı və texniki nokaut qərarı verməlidir. Beləliklə, Yaponiya tərəfinin apellyasiyası qəbul olunub və döyüşün nəticəsi ləğv edilib. AİBA avqustun 2-də hakimlərin işinə baxacaq”.
Qeyd edək ki, Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun 2012-ci il London Yay Olimpiya Oyunlarının 1/8 finalında yaponiyalı Satoşi Şimizu ilə döyüşünün nəticəsi ləğv olunub. Əbdülhəmidovun qazandığı 22:17 hesablı qələbə onun əlindən alınıb.
Əvəzində Şimizuya texniki nokautla qələbə verilib. Azərbaycan tərəfi Hakimlər Komitəsinin qərarı ilə razılaşıb.
İlk iki raunddan Məhəmməd Əbdülhəmidov müvafiq olaraq 4:2 və 8:3 hesablı qələbələrlə ayrılıb. Lakin üçüncü raundda o, yorğun olduğu üçün rinqdə xeyli sönük təsir bağışlayıb. Bununla əlaqədar Əbdülhəmidova dəfələrlə xəbərdarlıq olunub. Sonuncu raundda Simizuya 12:10 hesablı qələbə verilsə də, ümumi nəticə dəyişməyib. Yaponiyalı boksçu hakimlərin qərarından narazı halda rinqi tərk edib.

Oxşar yazılar

Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30