“Bakı” Starkovla Zeynal Məmmədovun qayıdışını gözləyir
08 fevral 2011 12:09 (UTC +04:00)

“Bakı” Starkovla Zeynal Məmmədovun qayıdışını gözləyir

0
Lent.az-ın məlumatına görə, hər iki futbolçu ilə bağlı yekun qərar klubun vitse-prezidenti Zeynal Məmmədovun Bakıya dönüşündən sonra veriləcək.

Bolqarıstanlı və ukraynalı legionerlərlə müqavilə bağlanılacağı gözlənilir. Hazırda komanda məşqçilər Novruz Əzimov və İqor Klimovun rəhbərliyi altında çalışır.

Eyni zamanda Latviya yığmasına başçılıq edən Aleksandr Starkov fevralın 9-da Antalyada Boliviya millisi ilə keçirəcəkləri yoldaşlıq görüşünün ertəsi ölkəmizdə olacaq. Bundan sonra Starkovun iştirakı ilə mətbuat konfransının təşkili nəzərdə tutulub. Jurnalistlərlə görüşün fevralın 12-də Unibank Premyer Liqasının XX turunda “Bakı”nın “Muğan”la keçirəcəyi oyun öncəsi baş tutacağı gözlənilir.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 553

Oxşar yazılar