Yay Olimpiya Oyunlarının sayı artırıldı
London olimpiadasında isə qadın boksçular da döyüşəcəklər
Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsi 2016-cı il Yay Olimpiya Oyunlarının proqramına daxil etmək üçün 2 yeni idman növünü seçib. Lent.az-ın məlumatına görə, 7 idman növü arasından qolf və reqbi-7-ni seçilərək, oktyabrın 3-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək İOC-un Baş Assambleyasına təklif edilib.
Assambleyasının 106 üzvü arasında keçiriləcək səsvermə nəticəsində qolf və reqbinin olimpiada proqramına salınması rəsmiləşəcək.
İOC İcraiyyə Komitəsi, həmçinin 2012-ci il London Yay Olimpiya Oyunlarının proqramına qadın boksunu da daxil edib. Qərara əsasən, kişilər arasında keçirilən boks yarışlarında 11 çəkidən 1-i (48 kq) ləğv ediləcək, əvəzində qadınlar ilk dəfə 3 çəki dərəcəsi üzrə mübarizə aparacaqlar.
Qeyd edək ki, qolf və reqbi-7 növləri ilə yanaşı, beysbol, softbol, karate, rolikli idman və skvoş növləri də namizədlər siyahısında olub.

Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19