Medvedev, “26-lar” və Moskva mənzərələri – REPORTAJ
Yay günlərində hamı istirahətə can atır, sərin yerlərə üz tutur.
Bir çox sahənin əməkdaşlarının da məzuniyyəti məhz isti aylara təsadüf edir. Onlar yeni qüvvə ilə işə davam etmək üçün müəyyən müddət dincəlməyə ehtiyac duyurlar. Bu baxımdan, əksər idman növləri üzrə yarışların sayı da iyun – avqust aylarında məhdudlaşdırılır.
Amma avarçəkmə növlərində vəziyyət fərqlidir. Su ilə əlaqəli olduğu üçün bu idman növündə yarışların xeyli hissəsi yay aylarına salınır. Çünki yayda havaların yağıntılı və ya soyuq keçmə ehtimalı az olur. Digər fəsillərdə isə hər hansı turnirin keçirilməsi idmançıların səhhətinə mənfi təsir göstərə bilər. Son bir ayda, demək olar ki, hər həftə sonu akademik avarçəkmə, kayak və kanoe üzrə Avropa, dünya çempionatları təşkil olunur. Bunlardan biri də 31 avqust – 2 iyulda Rusiyanın paytaxtı Moskvada baş tutan yeniyetmələr arasında kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatı idi. Çempionatı izləyənlər arasında Lent.az-ın əməkdaşı da var idi...
35 mərtəbəli binanın 22-ci mərtəbəsi
Yarışa iyulun 30-da yollandıq. Bu vaxt artıq idmançılarımız Moskvada idi. Almaniyalı baş məşqçi Yohan Tsülkenin rəhbərliyi altında Polşada bir ayadək hazırlıq keçmiş kayakçılarımız Rüfət Vəlizadə və Mirnazim Cavadov, eləcə də kanoeçimiz Andrey Kraytordan yüksək nəticədən çox layiqli çıxış gözlənilirdi. Onlar özlərini 50-dən artıq ölkənin təmsilçiləri arasında göstərməli idilər. Bu qədər ölkənin yığma komandaları və nümayəndə heyətləri Mərkəzi Turistlər Evi adlanan 35 mərtəbəli binada yerləşdirilmişdi. Yalnız meydan sahibləri üçün başqa otel ayrılmışdı.
Mənim qaldığım otel nömrəsi 22-ci mərtəbədə yerləşirdi. Otağın pəncərəsindən çölə boylanarkən, belə hündür binaların heç də barmaqla sayılası qədər az olmadığını görmək olardı. Ətrafı əhatə edən yaşıllıqlar və gözlə görünməyəcək qədər uzaqlara gedib çıxan çoxmərtəbəli binalar şəhərə xüsusi yaraşıq, onu seyr edənlərə isə böyük zövq verirdi. Xüsusən, axşamlar müxtəlif rəngli işıqlara boyanan Moskva özünəməxsus görkəmi ilə seçilirdi.
“26 Bakı komissarı”
Bu otelin yanındakı küçənin adını görən hər bir azərbaycanlı təəccüblənməyə bilməzdi. Təsəvvür edin, 7-8 milyon əhali və ucsuz-bucaqsız əraziyə malik Moskvada “26 Bakı komissarı” adlı küçə var. Özü də təsadüfdənmi-zərurətdənmi, bu küçə bizim qaldığımız otelin yanındadır. Rusiyada keçmiş SSRİ-nin əlamətlərini özündə ehtiva edən xüsusi adların bir çoxunun saxlanıldığı məlumdur. Məsələn, hələ də Moskvada Lenin adına metro, küçə və ərazi vahidləri var. Amma 26 Bakı komissarı adlı küçənin hələ də mövcudluğu inanılmaz idi. Bakının özündə bu komissarların əslində “hansı yuvanın quşu” olduğu, kimlərə xidmət etdikləri üzə çıxdığı üçün qəbirləri köçürülüb, onların xatirəsinə salınan abidə ləğv edilib. Moskvada isə necə deyərlər, “26-lar” küçə sulayır.
Bunu rusiyalılardan biri ilə söhbət zamanı dedikdə, o, məəttəl qaldı. “Komissarlar”ın köçürülməsinin səbəbini soruşdu. Mən “26-lar”ın əksəriyyətinin ermənilərdən ibarət olduğunu, onların da 1918-ci ilin martında Azərbaycanda törədilən qətliama dəstək verdiklərini söylədikdə, həmsöhbətim məsələni başqa istiqamətə yönəltdi.
Dedi ki, bunların hamısı keçmiş SSRİ-ni gözdən salmaq, xalqlar arasında nifaq salmaq üçün ortaya atılan qızışdırıcı iddialardır. Zahirən və danışığından ziyalı təsiri bağışlayan həmsöhbətim SSRİ-nin dağılmasında bu dövlətin sonuncu rəhbəri Mixail Qorbaçov, Rusiyanın mərhum prezidenti Boris Yeltsini və digər şəxsləri ittiham etdi. Onun fikrincə, məhz adlarını çəkdiyi şəxslər ABŞ-dan aldıqları pulla SSRİ-ni dağıdıblar. Məqsəd isə Sovet İttifaqının sərvətini ələ keçirməkdən ibarət olub: “1990-cı ildə SSRİ-nin qızıl ehtiyatı 70 milyon dollardan çox idi. Bundan iki il sonra isə ehtiyat fondda bir qəpik də qalmamışdı. Hara gedib bu qədər pul? Həmin insanların ciblərinə. Onlar da qeyri-qanuni mənimsədikləri vəsaitin bir hissəsini gördüyünüz hündür binaların tikintisinə sərf ediblər. Hansı ki, bu binalarda yaşamaq üçün milyonların olmalıdır. Şəhərdə bir otaqlı mənzilin qiyməti 1 milyon dollardır. Bu qədər pul kimdə ola bilər? Yalnız oliqarxlarda! Əvvəllər hamı bazardan eyni ərzağı alır, eyni yerdə istirahət edirdi. İndi isə dəhşətli dərəcədə təbəqələşmə gedib”.
Həmsöhbətim Rusiyanın qonşu ölkələrlə hazırkı münasibətlərindən də narazı olduğunu bildirdi: “Baxın, Rusiya Ukrayna ilə düşməndir, Gürcüstanla düşməndir, Belarusla münasibətləri soyuyub, Azərbaycanla da ki, ümumiyyətlə, bilinmir necədir. Axı nəyə görə qonşunla münasibətləri pozmalısan?”
Azərbaycanlı-erməni zarafatı
Demə, “26 Bakı komissarları” adlı küçəni Moskvadakı azərbaycanlılara bağlayan sıx tellər var... Bəlkə də həmyerlilərimiz Moskvaya gedərkən, orada Bakı şəhəri ilə bağlı küçənin olduğunu bildikdən sonra həmin həndəvərə toplaşıblar. Bunu ruslar bilsəydilər, yəqin ki, həmin küçənin adını dərhal dəyişərdilər. Mən isə bir gün maraq xatirinə həmin küçə ilə yaxınlıqdakı metro stansiyasınadək yolu piyada gedib-gəldikdən sonra bunu anladım. Yol boyu qarşıdan gələnlərin görkəmindən azərbaycanlıya bənzəyənlərə kifayət qədər rastlaşmaq olardı. Bu vaxt onların Qafqazın digər xalqlarının nümayəndələrinin də ola biləcəklərinə dair fikirlər yaranırdısa, metro ətrafındakı bazarda gördüyüm insanların soydaşlarımız olduğu dərhal duyulurdu. Düzdür, alverçilər arasında “kərpici” bığlı, yekə qarın, qarabuğdayı soydaşlarımızdan başqa digər millətlərin nümayəndələri də vardı.
Onların hər hansına yaxınlaşıb, “Salam, mən də azərbaycanlıyam” deyəndə adi reaksiya verirdilər. Sanki “Bütün günü azərbaycanlıları görməkdən gözüm “mazol” olmuşdu, biri də burdan çıxdı” cavabını vermək istəyirdilər. Bazarda ərzaq məhsullarından tutmuş paltaradək hər şey satılırdı. Elə alındı ki, bir yerdən paltar alarkən, qarşıda 25-30 yaşlarında oğlanın da alver etdiyini gördüm. Ukraynalı satıcıdan “O, azərbaycanlıdır?” deyə soruşdum. “Bəli” cavabını verdi. Sonra da dedi ki, bazarda azərbaycanlı, erməni və digər millətlərin nümayəndələri alver edirlər. Onların arasında heç bir münaqişə yoxdur. Azərbaycanlı ilə erməni bir-biri ilə görüşür, söhbətləşir, zarafatlaşırlar. Bunu az sonra görüşdüyüm həmin azərbaycanlı alverçi də təsdiqlədi: “Ermənilərlə konflikt Azərbaycanda qalıb. Burda belə şeylər yoxdur. Biz bir yerdə alver edirik. Nəyə görə hər gün dalaşmalıyıq?” Soydaşlarımıza Moskvaya gəlişimin səbəbini dedim. Amma onlar dünya çempionatında ölkəmizə dəstək verə bilməyəcəklərini söylədilər. Səbəb kimi işdən gec və yorğun halda çıxmalarını göstərdilər. Həqiqətən də çempionat ərzində yarışın keçirildiyi “Krılatskoe” avarçəkmə kanalında bir nəfər də azərbaycanlı tamaşaçı görmədim. Yalnız bir dəfə yarış məkanının çölündə azərbaycanlı taksi sürücüsü ilə rastlaşdım. O da kanala müştəri gətirdiyini dedi.
Tıxac və siqaret
Mərkəzi Turistlər Evindən dünya çempionatının keçirildiyi “Krılatskoe” avarçəkmə kanalına hər saatın tamamında avtobus çıxırdı. Təşkilatçılar tərəfindən ayrılan avtobus kanaladək 20 dəqiqə yol qət edirdi. Amma küçələrdə tıxaca düşsəydi, avtobus bu məsafəni ikiqat artıq vaxta getməli olacaqdı. Moskva yollarındakı tıxacı gördükdə Bakı küçələrindəki avtomobillərin vəziyyətinə şükür etməyə bilmirdin. Məsələn, təyyarə Moskvaya çatdıqdan sonra “Şeremetyevo” hava limanından mikroavtobus otelə getmək üçün 1 saatdan çox vaxt sərf etdi. Bu zaman saat yerli vaxtla 10:00 radələri olardı. Amma avqustun 3-də səhər saat 5:00-da avtobus bizi oteldən hava limanına qaytararkən, yollar bomboş idi. Buna görə də avtobus bu məsafəni cəmi yarım saata qət etdi. Yollar təmiz və səliqəli idi. Trotuarlarla gəzərkən, qarşına siqaret kötüklərindən başqa heç nə çıxmazdı. Siqaret kötükləri isə bəlkə də kişilərdən çox qadınların əməlləri idi. Moskva küçələrində qadınların siqaret tüstülədə-tüsdülədə hərəkət etmələri adi hala çevrilib. Bəlkə heç kişilər bu qədər siqaret çəkmirlər. Ruslar sözün bütün mənalarında nəyi varsa, üzdə olan təsiri bağışlayırdılar. Onların geyimləri də, hərəkətləri də, danışıqları da təbiidir. Ünsiyyətcillikləri, hər hansı məsələdə köməklik göstərmələri də öz yerində...
Açılış mərasimi
Çempionatın açılış mərasimi iyulun 30-a təsadüf etdi. Həmin gün “Krılatskoe” avarçəkmə kanalının 2 min nəfərədək tamaşaçı tutumuna malik tribunalarında azarkeşlərlə yanaşı, fəxri qonaqlar da var idi. Onların arasında Beynəlxalq Kanoe Federasiyasının (İCF) fəxri prezidenti Ulrix Feldhoff, İCF-in I vitse-prezidenti İştvan Vaşkuti, Rusiyanın gənclər, idman və turizm nazirinin müavini Gennadi Alyoşin, Moskva merinin müavini Sergey Baydakov, Ümumrusiya Kayak-Kanoe Federasiyasının prezidenti Yevgeni Arxipovu xüsusi qeyd etmək olar. Açılış mərasimini işıqlandırmağa “Lider” telekanalının Moskva bürosunun əməkdaşı Anar Həsənov da gəlmişdi. O, lazımi çəkilişlər etdikdən və yığmamızın baş məşqçisindən müsahibə götürdükdən sonra bir qədər söhbətləşdik. Mətbuat üçün zonadan baxanda uzaqda görünən çoxmərtəbəli binanı göstərən Həsənov “Ora ən varlı şəxslər üçün tikilirdi. Amma iqtisadi böhranla əlaqədar tikintisi dayandırıldı. Ümumiyyətlə, bizim olduğumuz zona şəhərin varlı təbəqəsinin həftəsonu istirahət üçün üz tutduğu məhəllələrdən sayılır” dedi.
Həmkarım Rusiya paytaxtında yaşayan azərbaycanlılar, onların müsbət və mənfi xüsusiyyətləri haqqında da danışdı. Bəzilərinin erməni qadınlarla ailə qurması, ermənilərlə dostluğundan, bəzilərinin isə əsl vətənpərvərliyindən söhbət açdı. Yarışın təntənəli açılış mərasiminin bədii hissəsi isə kifayət qədər maraqlı alındı. Burada nə əjdaha görkəmli insanların səhnəyə gəlişindən, nə də gözqamaşdırıcı işıq elementlərindən istifadə olunmuşdu. Sadəcə, insanlar qeyri-adi bacarıqlarını nümayiş etdirirdilər. Tamaşaçılar ilan kimi rəqs edəni, velosiped təkəri üstündə gəzəni xüsusi maraqla qarşıladılar. Düzü, indiyədək ölkəmizdə keçirilən çoxsaylı nüfuzlu yarışların heç birinin açılış mərasimində mən belə diqqətçəkən səhnələr görməmişdim. Tədbir məşhur “Moskva” mahnısının ifası ilə yekunlaşdı.
Azərbaycana həsəd aparanlar
Avarçəkmə növləri arasında son illər Rusiyanın üzünü ağardan elə kayak və kanoedir. Akademik avarçəkmə növündə çoxdan şimal qonşularımızın nəzərəçarpacaq uğurları yoxdur. SSRİ dövründə bütün akademik avarçəkənlər Mingəçevir şəhərində hazırlaşırdılar. Kür çayı sahilindəki avarçəkmə bazası onların ixtiyarında idi. Məhz bunun sayəsində SSRİ yığması dünya çempionatlarında və olimpiya oyunlarında yüksək yerlər tuturdu. Onların arasında Azərbaycan adından yarışlara qatılanlar da var idi.
Amma SSRİ dağıldıqdan sonra bütün sovet respublikalarında bu növ xeyli zəifləyib. Azərbaycanda isə ümumiyyətlə avarçəkmə adlı idman növü uzun müddət olmayıb. Kür çayı sahilindəki baza 10 ildən çox qaçqınların ixtiyarında olub. Məhz son 2-3 ildə ölkəmizdə avarçəkmə növləri dirçəlməyə başlayıb. Hazırda Mingəçevirdə köhnə bazanın yerində “Kür” Olimpiya İdman Mərkəzi inşa olunur. Belə bir bazanın tikintisindən Avropanın əksər ölkələri məlumatlıdır. Təsadüfi deyil ki, bir çox ölkənin nümayəndələri bizdən bazanın nə vaxt istifadəyə veriləcəyini soruşur, orada təlim-məşq toplantıları keçirmək istədiklərini bildirirdilər. Bununla yanaşı, əsasən, qonşu və keçmiş ittifaq miqyasını əhatə edən ölkələrdə avarçəkmə növlərinin vəziyyətinin o qədər də ürəkaçan olmadığını həmin milli federasiyaların nümayəndələri ilə söhbət zamanı da duymaq çətin deyildi.
Hətta Türkiyə Kayak Federasiyasının prezidenti öz hökumətlərinin avarçəkmə növlərinə biganə münasibətindən danışırdı. Özlərinin maddi imkanları olmadığı üçün qonşu ölkələrdə keçirilən turnirlərə yollana bilmədiklərini söyləyirdi. Moldova, Ukrayna və Pribaltika ölkələrinin nümayəndələrini də maddi vəziyyətlərinin ürəkaçan olmadığından şikayətlənirdilər. Amma onların Azərbaycan haqda fikirləri tam başqa idi. Ölkəmizin neft amili sayəsində varlandığını deyən əcnəbilər son illər idmana, o cümlədən, avarçəkmə növlərinə dövlət qayğısından xəbərdar olduqlarını bildirirdilər.
“Rusiyanı yenə çar idarə etsəydi...”
Rusiyada, konkret Moskvada isə kifayət qədər imkanlı şəxslər olsa da, avarçəkmə növlərinə maraq və kütləvilik aşağı səviyyədədir. Bunu mənə azyaşlı kayakçılarla hazırlıq keçən bir xanım məşqçi dedi. Onun əri də avarçəkəndir. Amma deyir ki, paytaxtda idmana maraq azdır. Şəhərin imkanlı şəxsləri övladlarını idman bölmələrinə yazdırıb, onlara əziyyət vermək istəmirlər. Uşaqların marağı kompüter oyunlarınadır: “Hətta indi mənim hazırlıq keçdiyim avarçəkənlər də yay tətili ilə əlaqədar həvəskar səviyyədə məşğul olanlardır. Valideynləri dərslər başlayan kimi aparacaqlar. Onlar uşaqlarının ali təhsilli olmasına çalışırlar. Rusiyada peşəkar idmançılar əsasən, əyalətlərdə yetişirlər. Bu da paytaxtdan kənarda əhalinin maddi vəziyyətinin aşağı olması ilə əlaqədardır. Hərə gedib bir idman növünə yazılır ki, özünə karyera qura bilsin”.
Məşqçi Moskvadakı ictimai-siyasi vəziyyət haqda da danışdı. Dedi ki, şəhərin ən varlı adamları elə dövlət məmurlarıdır. Digər şəxslərin halal yolla varlanmasına imkan vermirlər. Ya qazandığını əllərindən alırlar, ya da məcbur edirlər ki, onların dediklərini etsinlər: “Məsələn, indi Moskvada yeniyetmələr arasında kayak və kanoe üzrə dünya çempionatı keçirilir. Belə bir nüfuzlu yarışın təşkili üçün xeyli vəsait lazımdır. Şəhərin nə qədər imkanlı şəxsləri var, məcburi sponsorluğa cəlb ediblər. Hərənin boynuna bir iş qoyublar. Bilirsiniz, bu ölkəni çar idarə etsəydi, bundan yaxşı olardı. İndi hərənin könlündən çarlıq keçir”.
Həmin gün dünya çempionatında final yürüşləri keçiriləcəkdi. Həlledici yürüşlərə çoxlu sayda tamaşaçının gələcəyi gözlənilirdi. Amma Rusiya prezidenti Dmitri Medvedevin də iştirakı kifayət qədər gözlənilməz idi. Bu barədə ilk məlumatı xanım məşqçidən aldım. O, Medvedevin yarışda iştirakına belə reaksiya verdi: “Deyirlər ki, final yürüşlərini izləməyə ölkə prezidenti də gələcək. Yenə yollara milisləri, mühafizə xidməti əməkdaşlarını tökəcəklər. Daha buraların yollarını abadlaşdırıblar, heç bir görüləsi iş qalmayıb. Siz də gərək özünüzlə xarici pasportunuzu götürəsiniz. Yoxsa içəri buraxmayacaqlar”.
Medvedevin qüdrəti
Həqiqətən, Dmitri Medvedev avqustun 2-də keçirilən final yürüşlərini izləməyə gəlmişdi. Rusiyanın gənclər, idman və turizm naziri Vitali Mutko da həlledici mərhələni izləyənlər arasında idi. Amma Medvedevin yeniyetmələrin dünya çempionatında iştirakı heç də kayak və kanoe növünə xüsusi sevgisindən irəli gəlmirdi. Sadəcə, o, Ümumrusiya Kayak-Kanoe Federasiyasının prezidenti Yevgeni Arxipovun sinif yoldaşı imiş. Arxipov isə yenicə federasiya prezidenti seçilibmiş. Medvedev yenicə tribunada yerini almışdı ki, 1 nəfərlik kanoe qayığında 500 metr məsafəyə final yürüşünün qalibi məhz Rusiya təmsilçisi Aleksey Korovaşkov oldu. Final yürüşündə Korovaşkovun rəqiblərindən biri Azərbaycan kanoeçisi Andrey Kraytor idi. İlk dəfə belə nüfuzlu yarışa qatılan Kraytor 6-cı yeri tutdu. Başqa vaxt candərdi yürüşləri şərh edən aparıcı Medvedevin tribunada olduğunu biləndən sonra gözə girmək üçün dəridən-qabıqdan çıxırdı. Prezidentin ətrafı mühafizəçilərlə dolu idi. Çöldə isə onun avtomobilləri və tribunanın həndəvəri OMON tərəfindən üzük qaşı kimi qorunurdu.
İdmançı hara, spirtli içki hara?
Final yürüşləri başa çatandan sonra Mərkəzi Turistlər Evində şadyanalıq idi. Medal qazanan və çılğın əyləncəyə meylli idmançılar bir-birinə qarışmışdı. 17-18 yaşında - gənclik dövrünün başlanğıcında olan yeniyetmələr ətrafdakıları da özlərinə tamaşa etməyə vadar edirdilər. Liftlə yuxarı mərtəbələrə qalxdıqca, qulaqbatırıcı şadyanalıq səsləri eşidilirdi. Qızlı-oğlanlı müxtəlif spirtli içkilər qəbul edən yeniyetmələri gördükcə onların idmançı olduqlarına şübhələnməyə bilmirdin. İdmançı hara, spirtli içki hara? Amma nə onlar ətrafdakılara dəyib-dolaşır, nə də ətrafdakıların onlarla bir işi vardı. Deyəsən, bu qarışıqlıqda təşkilatçılar yarış iştirakçılarını şəhər gəzintisinə aparmağı yaddan çıxarmışdılar. Hətta aparmaq fikrinə düşsəydilər belə, heç olmasa, bir avtobus adam tapa bilməzdilər. Həmin vaxt çox az adamı Moskvanın Kremli, Qızıl Meydanı maraqlandırırdı...
Elşən Məmmədov
Bakı – Moskva - Bakı

984