Zaur Tağızadə “Xəzər Lənkəran” variantından imtina edib – EKSKLÜZİV
Lent.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Lənkəran klubu rəhbərliyi ötən mövsüm başa çatdıqdan sonra Tağızadəni “ağ-yaşıl” formada görmək istəyib.
Həmin vaxt ulduz futbolçu “Neftçi” rəhbərliyinin məşqçilik təklifi üzərində düşünürmüş. Tağızadə oynamaq istəsə də, flaqmanın baş məşqçisi Arif Əsədov onu futbolçu kimi heyətdə görmək istəmədiyini çatdırıb. Bu zaman 31 yaşlı yarımmüdafiəçiyə “Xəzər Lənkəran”dan sərfəli təklif gəlib. Amma Tağızadə çox düşünmədən təklifdən imtina edib. O, “Neftçi”nin prinsipial rəqibinə keçməkdənsə, sonadək “ağ-qaralar”a sadiq qalmağı üstün tutub.
Xəbəri Zaur Tağızadənin özü ilə dəqiqləşdirmək mümkün olmayıb. Həmin vaxt “Xəzər Lənkəran”ın baş məşqçisi olmuş Ağasəlim Mircavadov və klubun vitse-prezidenti Tuyqun Nadirov isə Lent.az-a verdikləri açıqlamada Tağızadənin yayda onların maraq dairəsinə düşdüyünü təsdiqləyiblər.
Ağasəlim Mircavadov bildirib ki, ötən mövsüm yekunlaşdıqdan sonra heyəti komplektləşdirməyə başladıqları vaxt Nadirov ondan “Zaur Tağızadə daha “Neftçi”də oynamayacaq. Onu komandada görmək istəyirsiniz?” deyə soruşub: “Mən isə “Əlbəttə, istərdim” söylədim. Çünki Tağızadənin ayaqlarında hər hansı zədə problemi yoxdursa, fikrimcə, o, Azərbaycan futboluna hələ çox xeyir verə bilər. Hətta yığmamızda da layiqincə çıxış etməyə qadirdir. Sonradan biz Avstriyaya təlim-məşq toplantısına getdik. Başımız Avropa Liqası oyunlarının hazırlıq prosesinə qarışdığı üçün Tağızadə ilə bağlı məsələnin necə sonuclandığından xəbərim olmadı”.
Nadirov isə bildirib ki, məşqçilər heyətinin istəyi əsasında Tağızadənin transferi məsələsi Mircavadovla müzakirə olunub: “Ağasəlim müəllim də Zaurun transferinə razılıq verdi. Amma sonradan eşitdik ki, Tağızadə klubdan tam ayrılmayıb, ona “Neftçi”də məşqçilik təklif etsələr də, konkret cavab almayıblar. Bu səbəbdən, onunla danışıqlara başlamadıq”.
“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu isə Lent.az-a açıqlamasında “Xəzər Lənkəran”ın Zaur Tağızadə ilə maraqlandığı haqda heç bir məlumata malik olmadıqlarını bildirib.
Elşən Məmmədov

Oxşar yazılar

"Liverpul" bu yay tranferlərə 300 milyon xərcləyib
25 iyul 2025 , 17:51
Əfsanəvi italiyalı Ərəb Əmirliklərində baş məşqçi oldu
25 iyul 2025 , 15:45
Futbolçular qəfil yerə uzandı, oyun dayandı - ŞOK SƏBƏB - VİDEO
25 iyul 2025 , 11:36
Müqaviləsi bitməsə də, "Mançester Yunayted"i tərk edir
25 iyul 2025 , 09:39
“Kristal Pelas”ın azarkeşi UEFA-nın mənzil-qərargahına bir çamadan pul gətirdi - SƏBƏB
24 iyul 2025 , 19:07
Neymar oyun zamanı “Santos”un azarkeşi ilə mübahisə etdi: Komanda düşmə zonasındadır
24 iyul 2025 , 18:16
La Liqada icarə transfer dəyərinə görə ən yaxşı 10 oyunçu: Reşford beşincidir
24 iyul 2025 , 16:05