Çempionlar Liqasının qalibinə 9 milyon avro veriləcək
Lent.az-ın məlumatına görə, UEFA-nın mətbuat xidməti ümumi gəlirin bölgüsü sisteminə əsasən belə açıqlama yayıb.
32 klubun hər biri qrup mərhələsində iştirak müqabilində 3,9 milyon avro alacaq. Üstəlik, nəticədən asılı olmayaraq, keçirilən oyun qarşılığında klubların hər birinə 550 min avro ödəniləcək. Qrup mərhələsində hər qələbə daha 800 min avro, hər heç-heçə isə daha 400 min avro ilə qiymətləndiriləcək.
Sonrakı mərhələlər üçün də ayrıca bonuslar nəzərdə tutulub. 1/8 finala yüksələn 16 komandanın hər biri əlavə 3 milyon avro, ¼ final mərhələsi iştirakçıları 3,3 milyon avro, yarımfinalçılar 4,2 milyon avroya sahib çıxacaqlar. Turnirin qalibi 9 milyon avro, finalçı isə 5,6 milyon avro qazanacaq.
Qrup mərhələsinin iştirakçıları teleyayım hüququnun satışından gəlirin bir hissəsini də əldə edəcəklər. Hər bir kluba ödəniləcək mükafatın məbləği təmsil etdiyi ölkənin televiziya bazarındakı çəkisindən, keçirilən oyunların sayından və daxili çempionatdakı mövqeyindən asılı olacaq. Çempionlar Liqası qarşılaşmalarına bilet satışından gəlirlər də yalnız klublara ödəniləcək.

Oxşar yazılar

FHN-in əsgəri cüdo üzrə Avropa çempionu oldu - FOTO
5 iyul 2022 , 15:47
"Mançester Yunayted" yayda 5 futbolçu alacaq
5 iyul 2022 , 14:44
Ronaldo “Barselona”ya gəlir?
5 iyul 2022 , 11:49
“Barselona”nın yetirməsi “Real”dan imtina etdi
5 iyul 2022 , 00:24
34 və yuxarı yaşda olan 15 ən dəyərli futbolçu - SİYAHI
4 iyul 2022 , 19:55
Dünyada İLK DƏFƏ: boksçu rinqə çağırılan kimi qaçdı
4 iyul 2022 , 19:00
İngiltərədə oynamaqdan yoruldu: Getmək istəyir
4 iyul 2022 , 17:55