Çempionlar Liqası: “Timsahlar” “yarasalar”ı qonaq edir
14 sentyabr 2010 18:50 (UTC +04:00)

Çempionlar Liqası: “Timsahlar” “yarasalar”ı qonaq edir

Turnirin son qalibi “İnter” (İtaliya) Hollandiyada 6 debütantdan biri “Tvente”yə qonaq olacaq. Həm “İnter”, həm də “Tvente” Çempionlar Liqasının birbaşa qrup mərhələsinə yeni baş məşqçi ilə qatılacaqlar. İtaliya klubuna ötən mövsüm ölkə çempionluğu və Çempionlar Liqasında qələbə qazandırmış baş məşqçi Joze Mourinyo artıq İspaniya “Real”ındadır. Onu ispaniyalı mütəxəssis Rafael Benites əvəzləyib. “Tvente”ni Hollandiya çempionu edən ingiltərəli Stiv Maklaren isə Almaniya “Volfsburq”una baş məşqçi təyin olunub. Onun yerinə təyin edilən belçikalı Mişel Pryudomm Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun “Bakı”ya icarəyə verilməsinin və qitənin ən nüfuzlu klub turnirində iştirak edə bilməməsinin səbəbkarı olub.
Digər debütant “Bursaspor” isə Türkiyə çempionluğunu qazanıb. Baş məşqçi Ərtuğrul Sağlamın komandası Çempionlar Liqasının qrup mərhələsində ilk görüşünü Bursa “Atatürk” stadionunda Rafael Benitesin sabiq klubu İspaniya “Valensiya”sına qarşı keçirəcək. “Bursaspor” nüfuzlu turnirə ciddi hazırlaşıb. “Timsahlar”ın heyətinə argentinalı “trio” – Federiko İnsua, Lionel Nunyes və Damian Ştaynert, eləcə də “Trabzonspor”un sabiq müdafiəçisi Milan Stepanovu cəlb edilib.
İki ildən sonra Çempionlar Liqasına qayıdan “Valensiya” ötən mövsüm Avropa Liqasında ¼ finaladək irəliləyiblər. “Yarasalar” turnirin start matçında Ever Baneqa və Visente Rodrigesin xidmətindən məhrum olacaqlar. Hər iki yarımmüdafiəçi zədəlidir. “Valensiya” İspaniya çempionatında iki turdan sonra 6 xalla “Atletiko” ilə 1-2-ci yerləri bölüşdürür.
A qrupu

“Tvente” (Hollandiya) – “İnter” (İtaliya)
Baş hakim: Pedru Proensa (Portuqaliya)

“Verder” (Almaniya) – “Tottenhem” (İngiltərə)
Baş hakim: Massimo Buzakka (İsveçrə)

B qrupu

“Benfika” (Portuqaliya) – “Hapoel” (Təl-Əviv, İsrail)
Baş hakim: Aleksey Nikolayev (Rusiya)

“Lion” (Fransa) – “Şalke 04” (Almaniya)
Baş hakim: İvan Bebek (Xorvatiya)

C qrupu

“Bursaspor” (Türkiyə) – “Valensiya” (İspaniya)
Baş hakim: Sveyn Oddvar Moen (Norveç)

“Mançester Yunayted” (İngiltərə) – “Reyncers” (Şotlandiya)
Baş hakim: Oleqariu Benkerensa (Portuqaliya)

D qrupu

“Barselona” (İspaniya) – “Panatinaikos” (Yunanıstan)

Baş hakim: Nikola Ritsoli (İtaliya)

“Kopenhagen” (Danimarka) – “Rubin” (Rusiya)
Baş hakim: Tomas Aynvaller (Avstriya)
Bütün oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
# 687

Oxşar yazılar