Elvin Nuriyev "Metallurq"da
27 yanvar 2010 12:15 (UTC +04:00)

Elvin Nuriyev "Metallurq"da

Azərbaycan milli futbol yığmasının keçmiş yarımmüdafiəçisi Elvin Nuriyev yenidən yaşıl meydana dönür. İlyarım öncə Türkiyə-Azərbaycan yoldaşlıq qarşılaşmasında ayağı qırılan perspektivli futbolçumuz müalicə və bərpa dövrünü tam başa vurub. Yay tətili zamanı Qara dəniz sahilində dincələn Elvinlə Ukraynanın bir sıra klubları maraqlanmağa başlayıb. Bu klublara "Metallist"(Xarkov), "Çernomorets"(Odessa), "Tavriya"(Simferopol) və digərlərini aid etmək olar. Lakin futbolçunun meneceri ilə Donetskin "Metallurq" klubu arasında danışıqların ilkin mərhələsi uğurla yekunlaşdığından, futbolçumuz karyerasını bu klubda davam etdirməyə hazırlaşır.

Bu gün Elvin Nuriyev hazırda Antalyada təlim məşq toplanışında olan komandanın sıralarına qatılacaq. Futbolçunun özü ilə əlaqə saxladığımızda aşağıdakıları söylədi: "Bu, mənim futbol həyatımda ikinci nəfəsdir. Sanki yenidən doğulmuşam. Ayağım sındıqdan sonra bir daha geri dönməyəcəyimi düşünürdüm. Bir çox maddi və mənəvi problemlərlə üzləşdim. Amma Allaha şükür, artıq tam sağalmışam. Azərbaycan futbolunu Ukraynada layiqincə təmsil edəcəyimi düşünürəm. Qısa zaman ərzində milli komandamızın heyətinə dəvətə layiq futbol nümayiş etdirəcəyimə əminəm".

Xatırladaq ki, hazırda 26 yaşı olan Elvin bir zamanlar "Şəfa", "Karat", "Gənclərbirliyi", "İnter", "Bakı" klublarının heyətlərində çıxış edib. Azərbaycan çempionatında 96 matçda 24 qolun müəllifi olan Elvin "Şəfa" futbol klubunun yetirməsidir. Onun ilk baş məşqçisi Əsgər Abdullayev olub.

Qeyd edək ki, "Metallurq"(Donetsk) Ukrayna yüksək liqasında "Dinamo"(Kiyev), "Şaxtyor"(Donetsk), "Metallist"(Xarkov) və "Dnepr"(Dnepropetrovsk) komandalarından sonra 5-ci yerdə gəlir. Hazırda komandanı həmçinin ölkə kuboku uğrunda yarışda UEFA kubokunun hazırkı sahibi "Şaxtyor"la çətin yarımfinal sınağı gözləyir.

Anar Ağayev, Ukrayna
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995

Oxşar yazılar

“Qalatasaray” Ziyeşlə müqavilə İMZALADI

“Qalatasaray” Ziyeşlə müqavilə İMZALADI

28 iyun 2024 , 23:49
Serbiya millisinin qapıçısı barda dava saldı

Serbiya millisinin qapıçısı barda dava saldı

28 iyun 2024 , 19:25
Ərəb klubu ona hər mövsüm üçün  20 milyon təklif edir 

Ərəb klubu ona hər mövsüm üçün 20 milyon təklif edir 

28 iyun 2024 , 15:56
Çempion yarışa bir neçə gün qalmış  öldü

Çempion yarışa bir neçə gün qalmış öldü

28 iyun 2024 , 14:05
72 yaşlı idmançı dopinqə görə  diskvalifikasiya edildi

72 yaşlı idmançı dopinqə görə diskvalifikasiya edildi

28 iyun 2024 , 12:17
Azərbaycanda bu idmançılara təqaüd veriləcək

Azərbaycanda bu idmançılara təqaüd veriləcək

28 iyun 2024 , 10:14
MMA seks simvolundan erotik FOTOLAR

MMA seks simvolundan erotik FOTOLAR

28 iyun 2024 , 00:34
Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb

Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb

27 iyun 2024 , 19:23