Maradona yeni telekanalını təqdim etdi
16 yanvar 2010 14:00 (UTC +04:00)

Maradona yeni telekanalını təqdim etdi

Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona özünün futbol telekanalının təqdimatını keçirib.


Lent.az-ın məlumatına görə, "10eTV" kanalı kabel şəbəkəsi və internet vasitəsilə futbol matçlarından fraqmentlər yayımlayacaq, idman ulduzlarının həyatını işıqlandıracaq.


Yeni telekanalın Latın Amerikası, Avropa və Asiyanın 20-dən çox ölkəsində 80 milyonadək daimi tamaşaçısının olacağı gözlənilir. "10eTV" mayın sonlarında və ya CAR-da dünya çempionatının start götürəcəyi iyunun 11-də yayıma başlayacaq. Həmin gün kanalın Ginnesin rekordlar kitabına düşəcək sayda - 1,206 milyard tamaşaçı auditoriyası olacağı gözlənilir.


Qeyd edək ki, təqdimat mərasimi Maradonanın 1986-cı ildə Argentina yığmasının heyətində dünya çempionu olduğu Meksikada baş tutub. Mərasimdə teleyazı vasitəsilə məşhur “10 nömrə”nin müraciəti səsləndirilib. O, artıq 2005-ci ildə Argentina televiziyasında efirə gedən populyar “Gecə 10 nömrə ilə” verilişinin aparıcısı olub.
# 537

Oxşar yazılar