3 qat Bolqarıstan çempionu Bakı “İnter”ində
13 yanvar 2010 11:00 (UTC +04:00)

3 qat Bolqarıstan çempionu Bakı “İnter”ində

Bakının “İnter” klubu Bolqarıstanın MOİK komandasının futbolçusu Yordan Todorovu heyətinə cəlb edib.


Lent.az-ın “BLİTS” agentliyinə istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi ilə yanvarın 14-də müqavilə bağlanılacaq.


Artıq tərəflər arasında demək olar ki, bütün məsələlərdə razılıq əldə olunub. Yalnız xırda detalları dəqiqləşdirmək qalıb. Todorov “İnter”də həmyerlisi Petar Zlatinovun komanda yoldaşı olacaq.

Qeyd edək ki, indiyədək Bolqarıstanın “Maritsa” və “Çernomorets” (Burqas) klublarının da şərəfini qorumuş Yordan Todorov 2003-cü ildən MOİK-də çıxış edir. O, “hərbçilər”in heyətində 3 dəfə Bolqarıstan çempionu olub.
# 562

Oxşar yazılar