“Nəyimə lazımdır ki, “Qarabağ” Ağdamda yox, Bakıda oynayır?”
Layihə: Məşhur fanatlar
Onu idman tədbirlərində də görmək olar. Gəlir, mahnısını oxuyur, ürək sözlərini deyir, gedir. Bu səbəbdən, düşündük ki, “Məşhur fanatlar” layihəsinin qonağı da ola bilər. Söhbətə başlar-başlamaz özü də az qala idmanın xəstəsi olduğunu sidq-ürəklə bəyan etdi. Amma müsahibə zamanı məlum oldu ki, idmandakı bir çox proseslərlə dərindən maraqlanmır, həm “Qarabağ” klubu, həm də milli komanda ilə bağlı məsələlərə etinasız yanaşır... O, böyük hissəsi erməni işğalı altındakı Füzulidə doğulmuş müğənni Zamiq Hüseynovdur...
“Əcəb edirlər, özləri bilərlər”
- İdmanla hansı səviyyədə maraqlanırsınız?
- İdmana marağım həddən artıq böyükdür. Bütün idman növlərini sevirəm. Uşaqlıqda sərbəst güləş və karate ilə məşğul olmuşam. Düzdür, axıradək davam etmədim, nailiyyətlərim də yoxdur. Amma bütün idman növlərini sevirəm. Xüsusən də futbolu. Yaxşı oynamasam da, izləməyi çox xoşlayıram. Mənim bir dünyam musiqidirsə, digər dünyam idmandır.
- Demək, idmandakı prosesləri də izləyirsiniz...
- Bəli.
- Özünüz Füzulidənsiniz, qarabağlısınız. Bu baxımdan, “Qarabağ”ın ev oyunlarını Ağdamda yox, Bakıda keçirməsinə münasibətiniz necədir?
- Təbii ki, bu, bir qismət, tale, alın yazısıdır. Heç kim istəməzdi ki, belə olsun. İnşallah, bu oyunu Qarabağda da oynayacağıq, Şuşada da oynayacağıq. Hər birimiz buna inanırıq və bu inamla da hər zaman yaşayırıq. Bilirik ki, buna tezliklə də nail olacağıq.
- “Qarabağ” əvvəllər ev oyunlarını Ağdamın Quzanlı qəsəbəsindəki stadionda keçirirdi. Amma indi rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionda qəbul etməyə qərar verib...
- Xahiş edirəm, məni siyasi məsələlərə qatmayın. Mən özüm Quzanlıdakı stadionda olmuşam. Orada Röya ilə birgə konsert də vermişik. Çox yaxşı stadiondur. Lakin “Qarabağ”ın niyə orada yox, burada oynamasının dərinliklərini bilmirəm. Səbəbini deyə bilmərəm. Əcəb edirlər, özləri bilərlər. Mənim nəyimə lazımdır?
“Berti Foqts futbolu bizdən 1000 dəfə yaxşı bilir”
- Bəs Azərbaycan milli komandasının oyunlarını izləyirsiniz?
- Bəli. Yığmanın oyunlarını xüsusilə izləyirəm. Onlara hər zaman dəstək oluram. Təbii ki, yanlarında olaraq, kömək etmirəm. Sadəcə, Bakıda çıxış etdikləri vaxt oyunlarını stadiondan izləyirəm. Xaricdə oynadıqları vaxt isə mütləq televiziya vasitəsilə baxıram. Hər bir vətəndaş milli komandaya mənəvi cəhətdən dəstək olmalı və inanmalıdır. Mən inanıram ki, futbolumuz tezliklə bütün dünyada öz sözünü deyəcək. Artıq asta-asta bunu görürük. Futbolumuz irəliləməkdədir. Bu mövsüm ilk dəfə “Neftçi” Avropa Liqasına vəsiqə qazanıb, ilk xalını əldə edib. İnanıram ki, millimiz də belə nailiyyətlərə gələcək illərdə mütləq qovuşacaq. Buna heç bir şübhəm yoxdur. Onlara inanıram və dəstək oluram.
- Millimizin sonuncu dəfə oyununu nə vaxt izləmisiniz?
- Televiziya vasitəsilə Portuqaliya və Rusiya ilə görüşlərinə baxdım. Rusiya yığması millimizi 80-ci dəqiqələrdə penalti qolu ilə yendi. Sonuncu oyunumuz bu olub və onu da izləmişəm (müsahibə Şimali İrlandiya – Azərbaycan matçından əvvəl götürülüb – E.M.).
- Bəs yığmamızın oyun üslubu barədə nə düşünürsünüz?
- Kiminsə oyununu təhlil edə, “belə oynasa, yaxşı olar” deyə bilmərəm. Millimizin öz baş məşqçisi var (Berti Foqsu nəzərdə tutur – E.M.). O, futbolu bizdən 1000 dəfə yaxşı bilir. Özləri müzakirə etsələr, daha yaxşı olar. Mən isə sadəcə, izləyirəm və istəyirəm ki, yaxşı nailiyyətlər əldə edək. Amma “Bu səhvi edib” deyə bilmərəm. Çünki bu sahədə mütəxəssis deyiləm.
- Millimizin ultra-müdafiə taktikası ilə çıxış etməsi çox tənqid olunur...
- Bu, bizim baş məşqçimizin taktikasıdır. Mən bu barədə danışa bilmərəm.
- Düşünmürsünüzmü ki, bu, qorxaq futboldur?
- Yox. Hər bir milli komandanın öz oyunu var. Bu da bizim oyunumuzdur və baş məşqçidən asılı taktikadır.
“Oyunu izlədim, “Neftçi” “İnter”i 3:1 uddu”
- Bəs Azərbaycan klublarından hansına azarkeşlik edirsiniz?
- Demək olar ki, sevdiyim klub “Qarabağ”dır. “Bakı”, “Neftçi”, “Xəzər Lənkəran”a da azarkeşlik edirəm. “İnter” də, “Qəbələ” də, AZAL da xoşuma gəlir. Hamısını izləyirəm.
- Axırıncı dəfə hansı oyunu stadiondan izləmisiniz?
- İtaliya “İnter”inin Bakıda “Neftçi” ilə keçirdiyi görüşü. Milli çempionatın oyunlarında isə, açığı, olmamışam. Amma evdən izləyirəm.
- “Neftçi” – “İnter” matçı Sizdə necə təsir bağışladı?
- Oyun bu yaxınlarda oldu. Səhv etmirəmsə, “Neftçi” 3:1 uddu.
- Xeyr, “Neftçi” elə həmin hesabla uduzdu...
- Uduzdu. Mən ona dəqiq baxmadım. Həmin vaxt evdə deyildim. Amma bilirəm ki, 3:1 hesabı var idi. Nə deyim? Futbolda hamı udur da, uduzur da. Belə də olmalıdır. Gözləyəsi deyilik ki, hər ikisi udsun. Belə olmalıdır. Biri udmalı, o biri uduzmalı, ya da heç-heçə olmalıdır.
“Hər zaman futbolumuza dəstək oluruq”
- Bir dəfə “Bakı” klubunun keçirdiyi Novruz bayramı şənliyində mahnı ifa edirdiniz...
- Həmin tədbirdə idmançılar, məşqçilər iştirak edirdi. Xeyli uşaq futbolçu dəvət olunmuşdu. Təbii ki, mən də böyük məmnuniyyətlə dəstək oldum. Ümumiyyətlə, dünyada uşaqdan tutmuş böyüyədək hər bir insanın futbola marağı var. Kim oğlunun futbolçu olmasını istəyirsə, futbol bölmələrinə qoyur. Biz də hər zaman futbolumuza dəstək oluruq. Yenə də uşaq futbol məktəbləri açılsa, mən onların yanında olacağam və bundan hər zaman zövq alacağam.
- Bəs mahnı oxumaq necə?
- Mənim futbolla bağlı mahnım var. Eyni zamanda Cüdo Federasiyasının himnini ifa etmişik.
- Futbolumuzun gələcəyini necə görürsünüz?
- Çox yaxşı. Futbolumuz inkişaf edir, stadionlar tikilir. Hətta aralarında lap böyükləri də var. Mən inanıram ki, yaxın gələcəkdə futbolumuz çox böyük nailiyyətlər əldə edəcək.
Elşən MƏMMƏDOV

4085