“Neftçi” Kazana getdi
23 oktyabr 2012 16:13 (UTC +04:00)

“Neftçi” Kazana getdi

“Neftçi” klubu futbol üzrə Avropa Liqasında növbəti oyununu keçirmək üçün Rusiyanın Kazan şəhərinə yollanıb. Lent.az-ın verdiyi məlumatına görə, saat 16:00-da komanda üzvləri çarter reysi ilə səfərə çıxıblar.

“Rubin”-lə görüşə gedənlər arasında futbolçulardan zədədən sonra bərpa prosesini keçən Bahodir Nasimov da yer alıb. Lakin o, zədəsi tam sağalmadığı üçün meydana çıxmayacaq. Cavid İmamverdiyev isə Kazana yollanmayıb. O, bu gün əməliyyat olunub.


Qeyd edək ki, “Rubin”-“Neftçi” oyunu oktyabrın 25-də Kazandakı mərkəzi stadionda saat 21:00-da başlanacaq.

Elşən Məmmədov
# 795

Oxşar yazılar