Messi 31-ci yerdə
23 oktyabr 2012 12:48 (UTC +04:00)

Messi 31-ci yerdə

“Bleacher Report” portalı dünyanın ən sürətli futbolçularının reytinqini tərtib edib. Lent.az-ın portala istinadən verdiyi məlumata görə, dünyanın ən güclü futbolçusu Lionel Messi siyahıda 31-ci yeri tutub. Məlumata görə, araşdırma futbolçuların topsuz və topla hərəkətlərinin sürətini hesablayandan sonra məlum olub. Siyahıda ilk yeri İngiltərə “Arsenal”ının hücumçusu Teo Uolkott tutub. İkinci yerdə “Parma”dan Conatan Biabiani, üçüncü yerdə Çinin “Pekin” klubunun hücumçusu Xoffre Qeron qərarlaşıb.
# 2047

Oxşar yazılar