Çempionlar Liqası: “Qalatasaray”ın üçüncü sınağı
23 oktyabr 2012 19:00 (UTC +04:00)

Çempionlar Liqası: “Qalatasaray”ın üçüncü sınağı

Bu gün və sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində III turun oyunlarına start veriləcək.
Lent.az-ın məlumatına görə, bu gün 8 qarşılaşma baş tutacaq. E qrupunda “Yuventus” səfərdə Danimarkanın “Nordsjaelland”, “Çelsi” isə Ukraynada “Şaxtyor” komandalarının qonağı olacaq.
F qrupunda “Lill” “Bavariya”nı, BATE isə “Valensiya”nı qəbul edəcək.
G qrupunda “Spartak” “Benfika”, “Barselona” “Seltik”lə qarşılaşacaq.
H qrupunda “Qalatasaray” ÇL-də üçüncü oyununa çıxacaq. “Cim-bom” evdə Rumıniyanın “ÇFR Kluj” klubunu sınağa çəkəcək. İngiltərənin “Mançester Yunayted” klubu isə Portuqaliyanın “Braqa” klubu ilə görüşəcək.
# 1155

Oxşar yazılar