AFFA-dan “Bakı”ya 36000 manatlıq zərbə
Lent.az-ın məlumatına görə, komitənin qərarında bildirilir ki, hakimlər briqadası onlar üçün ayrılmış otağa yaxınlaşarkən dəhlizdə “Bakı” klubunun mühafizəçisi matçın baş hakiminə fiziki təsir göstərib. Elvin Fətullayev adlı həmin şəxs Ağayevə yumruqla zərbə endirib. Fətullayev polislər tərəfindən yaxalansa da, “Bakı” klubunun digər üzvlərinin köməkliyi nəticəsində hadisə yerindən uzaqlaşıb. Bu hadisənin “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov və klubun katibi Zəka İbrahimovun gözləri önündə baş verməsinə baxmayaraq, həmin şəxslər öz tabeçiliyi altında olanları sakitləşdirmək əvəzinə hakimləri təhqir edib və onlara hədə-qorxu gəliblər.
İntizam Komitəsinin qərarı ilə Fətullayevin futbola aid hər hansı fəaliyyətinə qadağa qoyulub, klub 20 000 manat cərimələnib. Məmmədov və İbrahimov hakimləri təhqir etdiklərinə, onlara hədə qorxu gəldiklərinə və təhrikçi hərəkətlərinə görə 10 oyunluq cəzalanır, klub 16 000 manat cərimələnib. Onların cəza müddətləri başa çatana kimi stadionlara girişi qadağan edilib.
Peşəkar Futblo Liqası baş vermiş hadisədə ilə əlaqədar hüquq mühafizə orqanlarına məlumat verməli, Hakim-İnspektorlar Komitəsi matçın AFFA nümayəndəsi Mübariz Hüseynovun fəaliyyətini qiymətləndirdikdən sonra İntizam Komitəsinə məlumat verməlidir.
Analoji hadisə baş verəcəyi təqdirdə “Bakı” klubuna qarşı oyunun azarkeşsiz və ya neytral meydanda keçirilməsi, klubun aktivindən xalların silinməsi və hətta yarışlardan kənarlaşdırılması sanksiyaları tətbiq olunacaq.
İntizam Komitəsinin qərarında o da bildirilir ki, baş vermiş hadisə bir neçə videokamera vasitəsi ilə qeydə alınıb və öz təsdiqini tapıb.

Oxşar yazılar

Bu futbol klubu formasında reklamların sayına görə rekord vurdu
20 iyul 2025 , 11:01
3 ingilis klubu onu almaq üçün yarışır
19 iyul 2025 , 18:54
"Real" onun müqaviləsini uzatdı
19 iyul 2025 , 15:00
Dünyanın ən böyük futbol stadionu 2030-cu il dünya çempionatının finalına ev sahibliyi etməyə bilər
19 iyul 2025 , 09:42
Azərbaycan güləşçiləri reytinq turnirində 5 medal qazandılar
19 iyul 2025 , 04:53
"Real"ın 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55